...

Bakıda "Şah İsmayıl Xətai" tankerinin istismara verilməsi münasibətilə mərasim keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2005 14:40 (UTC +04:00)

Oktyabrın 25-də 19619 layihəsinin üçüncü "Şah İsmayıl Xətai" tankerinin istismara verilməsi münasibətilə mərasim keçirilib. Trend in məlumatına əsasən, bu barədə Xəzər dəniz gəmiçiliyi idarəsinin (KASPAR) oktyabrın 25-də yaydığı press relizdə deyilir.Mərasimdə Azərbaycanın baş naziri Artur Rəsizadə və hökumət orqanlarının nümayəndələri iştirak edib. KASPAR-ın sifarişilə tankerin inşası Rusiyanın "Krasnoe Sormovo" zavodunda aparılırdı.

"Şah İsmayıl Xətai" və digər iki - "Prezident Heydər Əliyev" və "Babək" tankerləri TRACECA marşrutu üzrə hərəkət edəcək.

Tankerin dəyəri - $13,5 mln. təşkil edir. 19619 layihəsinin ilk gəmisi - "Prezident Heydər Əliyev" 2004-cü ilin noyabrında, ikinci - "Babək" isə dekabrda istismara verilib.

Xəbər lenti

Xəbər lenti