Azərbaycan Milli Bankı oktyabrın 26-da Bakı Fond Birjası vasitəsilə qısamüddətli notların ilkin yerləşdirilməsi üzrə hərrac keçirəcəyi barədə elan edib. BFB-dən Trend ə verilən məlumata görə, hərraca 50100511S qeydiyyat nömrəli emissiya notları çıxarılacaq.
Notların dövriyyə müddəti 28 gündür və 2005-ci il noyabrın 23-nə kimi ödənilməlidir. Buraxılışın ümumi həcmi 30 mlrd manat, bir qiymətli kağızın dəyəri isə 1 mln manatdır.
Beləliklə, 2005-ci ildə AMB 1175 mlrd manat məbləğində (44 buraxılış) notları satışa çıxarıb (2 trln manat məbləğində emissiyanın 58,75%-i), 43 buraxılışdan isə 676,802 mlrd manat cəlb edib.