...

Azərbaycanın mütəxəssisləri kənd təsərrüfatı istehsalında texnologiyaların tətbiq edilməsi metodologiyası üzrə beynəlxalq seminarda iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2005 13:23 (UTC +04:00)

Azərbaycanın mütəxəssisləri ICARDA (International Center for Agricultural Reseach in the Dry Areas) tərəfindən təşkil edilmiş beynəlxalq seminarda iştirak edir.AR kənd təsərrüfatı nazirliyində Trend ə bildirilib ki, seminar noyabrın 21-dən 26-dək Daşkənddə keçiriləcək.

Tədbir "Kənd təsərrüfatı istehsalında texnologiyaların tətbiq edilməsi metodologiyası" mövzusuna həsr olunub.

Kənd təsərrüfatı nazirliyində həm də qeyd olunub ki, hazırda Eroziya institutunun elmi-aqrar mərkəzinin mütəxəssisləri tərəfindən həmin istiqamətdə hazırlıq işləri aparılır.

Bu işlər aqrar sahədə texnikanın istismar və tətbiqinin hazırkı vəziyyəti, eləcə də, həm hökumət, həm də müxtəlif beynəlxalq QHT və digər təşkilatlar tərəfindən aparılan tədbirlərə dair müvafiq məruzə hazırlanması nəzərdə tutulur.

Bundan başqa, tədbir çərçivəsində bu sahədə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması, əməkdaşlığın inkişafı üzrə məsələlərin müzakirəsi və s. nəzərdə tutulur. "Azərbaycan nümayəndə heyətinin iştirakı tədbirin təşkilatçısı tərəfindən maliyyələşdiriləcək" -deyə nazirlikdə bildirilib.

Xəbər lenti

Xəbər lenti