...

Fransada Azərbaycan üçün yeni aerobusların təhvil-təsliminə dair sənəd imzalanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2005 16:02 (UTC +04:00)

AZAL Dövlət konserninin nümayəndələri Beynəlxalq Airbus Industries avia konserninin istehsalı olan ikinci "A-319" aerobusunun qəbul edilməsi üçün Fransaya gedib.Bu barədə Trend ə AZAL DK-də bildirilib.Oktyabrın 27-də yeni aerobusun təhvil-təslimi haqqında sənəd imzalanacaq.Oktyabrın 28-də ikinci "A319" aerobusu Bakıda olacaq.

Üçüncü və dördüncü təyyarələr ölkəyə 2006-cı ilin ortalarında gətiriləcək. AZAL tərəfindən alınmış A-319 aerobusları beynəlxalq marşrutlarda hərəkət edəcək.

İlk təyyarə Hamburqdan Bakıya cari ilin sentyabrın 2-də gətirilib.

AZAL ilə AIRBUS arasında dörd təyyarənin alınmasına dair müqavilə 2004-cü ilin avqustunda Berlində imzalanıb.Müqavilənin dəyəri $170 mln. təşkil edir.

Xəbər lenti

Xəbər lenti