...

Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurası Azərbaycanın kommersiya bankının kapitalda iştirakı məsələsinə baxacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2005 17:04 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın "Azərdəmiryolbank" kommersiya bankının aksiyalar əldə etməsi ilə bağlı məsələyə baxacaq. Trend in xəbər verdiyi kimi, bankın rəsmi məlumatına əsasən, bu məsələ noyabrın 15-də müzakirəyə çıxarılacaq.

Layihənin dəyəri $2,5 milyondur. AYİB-in məlumatına əsasən, "Azərdəmiryolbank" 2004-cü il ərzində auditlərin nəticələrinə görə $29 mln məbləğində aktivlərə və $5,7 mln məbləğində kapitala malik olub.

Layihənin həyata keçirilməsi nəticəsində kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi prosesinin sürətləndirilməsi məqsədilə Avropa Birliyinin TACİS proqramı tərəfindən texniki yardımın göstərilməsi də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti