...

Aktauda TRACECA layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan və Qazaxıstanın nəqliyyat idarələrinin iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2005 13:12 (UTC +04:00)

Oktyabrın 28-də Aktauda Azərbaycan, Gürcüstan və Qazaxıstanın nəqliyyat idarələrinin Avropa-Qafqaz -Asiya (TRACECA) nəqliyyat dəhlizi çərçivəsində iclası keçiriləcək Bu barədə Trend ə Azərbaycan Dövlət Dəçmiryolu İdarəsindən (ADDİ) məlumat verilib. Görüşdə tərəflər TRACECA dəhlizi məsələsini ilə yük daşınmalarının inkişafı və konteyner yüklərinin nəqlinin artırılması perspektivlərini müzakirə edəcəklər.

TRACECA ilə əlavə konteyner yüklərinin cəlb edilməsi üçün Azərbaycanın Nəqliyyat Nazirliyinin, Gürcüstanın İqtisadi İnkişaf Nazirliyinin, Qrazaxıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyinin nümayəndələrini daxil olduğu əlaqələndirmə qrupu yaradılıb. Əlaqələndirmə qrupunun rəhbəri ADDİ-nin rəis müavini İqbal Hüseynovdur.

Xəbər lenti

Xəbər lenti