...

Azərbaycanda pul kütləsi 1,3% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2005 15:58 (UTC +04:00)

Oktyabr ayında Azərbaycanda pul kütləsinin həcmi 1,3%, 2005-ci il ərzində isə bu artım 22,695% təşkil edib. Azərbaycan Milli Bankından Trend ə verilən məlumata görə, 2005-ci il sentyabrın 1-də 4139,8 mlrd manat və yanvarın 1-də və 3418 mlrd. manat olduğu halda oktyarbın 1-də pul kütləsinin həcmi (M2) 4193,7 mlrd manat olub.

Sentyabrda nəqd vəsaitlərin həcmi(M0) 5,34% artıb. Bütün il ərzində isə bu artım 26,31% təşkil edib. Bu göstərici 2005-ci il sentyabrın 1-də 2863,6 mlrd manat, yanvarın 1-də 2389 mlrd manat olduğu halda otyabrın 1-dən M0 göstəricisi 3016,4 mlrd manata bərabər olub.

Sentyabrda nəqdsiz vəsaitlərin həcmi 7,75% artıb, Cari ildə bu artım 14,4% təşkil edib. Bu göstərici 2005-ci il sentyabrın 1-də 1276,2 mlrd manat, yanvarın 1-də 1029 mlrd manat olduğu halda oktyabrın 1-də onun həcmi 1177,3 mlrd manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti