...

Azərbaycan Milli Bankının xalis beynəlxalq ehtiyatları oktyabrda 6,8% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2005 16:14 (UTC +04:00)

Sentyabr ayı ərzində Azərbaycan Milli Bankının xalis beyənlxalq ehtiyatları 6,8% artıb, ilin əvvəlində isə onlar 18,96% təşkil edib. Hökumətdən Trend ə verilən məlumata görə, 2005-ci il oktyabrın 1-nə XBE-nin həcmi 2005-ci il sentyabrın 1-nə olan 5346,9 mlrd manata və yanvarın 1-nə olan 4800,2 mlrd manata qarşı 5710,5 mlrd manat təşkil edib.

Xalis daxili aktivlər 2005-ci il sentyabrın 1-nə olan 3801,8 mlrd manata və yanvarın 1-nə olan 2715,1 mlrd manata qarşı 3637,8 mlrd manata bərabər olub. Oktyabrın 1-nə genişləndirilmiş pul kütləsi (M3) 2005-ci il sentyabrın 1-nə olan 9148,8 mlrd manata və yanvarın 1-nə olan 7515,2 mlrd manata qarşı 9348,3 mlrd manat təşkil edib.

Artıq başa çatan yoxsulluğun azaldılması və inkişaf proqramı (PRGF) çərçivəsində hökumətlə BVF arasında AMB-nin xalis beynəlxalq ehtiyatlarının minimal səviyyəsi razılaşdırılıb: 30 iyun 2005-ci il - 4,994 trln manat, 31 sentyabr 2005-ci il - 5,332 trln manat, 31 dekabr 2005-ci il - 5,663 trln manat.

Genişləndirilmiş pul kütləsinin proqnozu: 30 iyun 2005-ci il - 7,375 trln manat (3,578 trln manat), 31 sentyabr 2005-ci il - 7,793 trln manat (3,812 trln manat), 31 dekabr 2005-ci il - 8,401 trln manat (4,499 trln manat).

Xəbər lenti

Xəbər lenti