...

Almaniyanın iki federal torpağının nümayəndələri Azərbaycana gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2005 12:39 (UTC +04:00)

Almaniyanın iki federal torpağının nümayəndələri Azərbaycana gəlməyi planlaşdırır.Azərbaycan-Almaniya iqtisadi yardım birliyinin icraçı direktoru http://www.trend.az eksklüziv olaraq Trend ə bildirib ki, onların səfəri 2006-cı ilə planlaşdırılıb.

"Bakıya Nord Reyn, VestFaliya və Bavariya torpaqlarının işgüzar dairələri nümayəndələrinin gəlişi nəzərdə tutulur. İlk nümayəndə heyətinin gələn i lin yazında, təxminən aprel-may aylarında, ikincinin isə payızda - sentyabrda gəlməsi planlaşdırılır" - E.Qurbanova qeyd edib.

Onun sözlərinə görə, hazırda nümayəndələrin Azərbaycana məhz hansı sahələrlə bağlı gəlməsi məsələləri razılaşdırılır.Səfərin məqsədi ikitərəfli əlaqələrin qaydaya salınması və inkişafıdır.

Belə bir tədbir cari ilin sentyabrın 26-da, Baden-Vyurttemberq federal torpağının işgüzar dairələri nümayəndələrinin Bakıya gəlişi zamanı keçirilmişdi.

Xəbər lenti

Xəbər lenti