...

AR Nazirlər Kabineti xarici mənimsəmələrdən istifadə və dövlət borcunun idarə edilməsi balansına riayət etmək tərəfdarıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2005 13:07 (UTC +04:00)

Beynəlxalq maliyyə institutları arasında aparılan rəqabət nəticəsində dövlət zəmanəti ilə verilən kreditlərin şərtləri yüngülləşdirilir.Nazirlər Kabinetində Trend ə bildirilib ki, Azərbaycan KfW, JBIC, Dünya bankı, Asiya inkişaf bankı və digər Beynəlxalq maliyyə institutları (BMİ) ilə əməkdaşlığı fəal davam etdirməyi planlaşdırır.

"Biz onlarla layihələri gerçəkləşdirməkdə davam edəcəyik.Ona görə ki, belə kreditlərdən imtina etmək doğru deyil, belə ki, bunlar Azərbaycan üçün sərfəliidirHazırda bu BMİ hər bir ölkəyə belə şərtlərlə kredit vermir.Onlar Azərbaycanın hazırkı reytinqini nəzərə alaraq bu addımı atır" -deyə Nazirlər Kabinetində bildirilib.

Amma Nazirlər Kabinetində vurğulanıb ki, kreditlərin cəlb edilməsinə baxmayaraq bu maliyyələşmənin istifadəsinə son dərəcə ehtiyatla yanaşmaq lazımdır. "Xarici borcun həcmini azaltmaq və kreditləşməyə ağılla yanaşmaq lazımdır.Bu gün istənilən idarə rəhbəri BMİ ilə heç kimə məlumat vermədən danışıqlara başlayır, müəyyən maliyyələşmə barədə sorğu aparır, amma nəticədə aydın olur ki, həmin layihəni gerçəkləşdirmək bizim imkanımız xaricindədir.Amma layihələr var ki, bunlara mütləq xarici mənimsəmə lazımdır.Bununla bağlı olaraq xarici mənimsəmələr və kommersiya kreditlərinin sayının minimuma endirmək məsələlərinə yanaşmada eştiyatlı olmaq lazımdır" -deyə Nazirlər Kabinetində bildirilib.

"Avropa yeknidənqurma və inkişaf bankının (AYİB) kreditlərini belə kommersiya kreditləri adlandırmaq olmaz.Belə ki, bunları minimal faizlə uzunmüddətə götürmək olar.Amma əvvəllər AYİB ilə işləmək sərfəli idi, bu gün isə libor dinamik artımı ilə belə deyil.Bununla bağlı olaraq bütün institutlardan kreditlərin alınmasına nikbin baxmaq lazımdır.Bundan irəli gəlir ki, maliyyə nazirliyi dövlət borcunun səviyyəsinin saxlanılması ilə bağlı düzgün siyasət aparır.Belə ki, dövlət borcu sadəcə imzalanmış kreditlər yox, real olaraq istifadə olunmuş məbləği təşkil edir. Biz hazırda kreditlərin əksəriyyətini qaytarırıq və balans daim saxlanılır" -deyə Nazirlər Kabinetində bildirilib.

Xəbər lenti

Xəbər lenti