...

Azərbaycan texniki peşə təhsili sisteminin bərpası üçün vəsait cəlb etməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2005 16:10 (UTC +04:00)

Azərbaycan hökuməti texniki-peşə təhsili sisteminin bərpası üzrə layihənini işlənməsinə başlayıb. Hökumətdən Trend ə verilən məlumata görə, bu layihənin reallaşdırılması üçün xaricdən maliyyələşdirilmənin cəlb olunması ehtimal edilir.

"Hazırki anda təhsilin bütün mərhələləri praktiki olaraq onun inkişafı üzrə müxtəlif layihələrlə əhatə olunub. Məktəbəqədər inkişaf, məktəb və ali təhsil müəssisələri üzrə layihələr mövcud olsa da, TPT və orta ixtisas təhsili bu layihələrin toxunmadığı təhsilin yeganə sahəsidir", - deyə hökumətdən bildirilib.

Bu zaman qeyd edilib ki, fəhlə peşəsi üzrə mütəxəssislərə tələbat kəskin şəkildə artıb. "Əmək yarmarkalarında hazırda bizdə deyisit olan TPM-nin hazırladığı çilingər, xarrat və s. peşələrə çoxlu sayda boş yerlər təklif olunur. Hazırlanan layihə TPM sisteminin bərpasını, eləcə də onların texniki təchizatını, təcrübə təhsili üçün baza rolunu və məktəblərin əsas maliyyə mənbəyi olacaq TPM yanında kiçik istehsal sexlərinin yaradılmasını nəzərdə tutur ", - deyə hökumətdən bildirilib.

Hazırki anda bu layihənin maliyyələşdirilməsi məsələləri müxtəlif donorlarla müzakirə olunur.

Xəbər lenti

Xəbər lenti