...

Avtomobil yollarının yaxınlığında olan təxminən 2300 qeyri-qanuni obyekt ləğv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2005 16:42 (UTC +04:00)

AR Nəqliyyat nazirliyi tərəfindən aparılan tədbirlər nəticəsində 2300 obyekt ləğv edilib. Bu barədə nazirliyin Yolnəqliyyatservis Departamentində Trend ə bildirilib. Bunlar əsasən ticarət obyektləri, İAŞƏ obyektləri və digər xidmət obyektləridir.Ləğv edilən obyektlər arasında yaşayış binaları da vardır.Hazırda avtomobil yollarının yaxınlığında aşkar edilmiş qeyri-qanuni obyektlər 6700 təşkil edir.

"Nazirliyin məqsədi magistral yolların təhlükəsizliyinin təmin edilməsi, eləcə də bunların standartlara uyğunlaşdırılmasıdır.Buna görə də bu istiqamətdə avtomobil yollarının yaxınlığında olan tikintilər yüksək templə ləğv edilir" -deyə departamentdə qeyd olunub.

Bu işlər Nazirlər Kabinetinin sərəncamına əsasən həyata keçirilir.Sərəncama əsasən, magistral avtomobil yolları boyunca 30 metr zolaqda tikintiyə yol verilmir.Daxili yollar üçün bu rəqəm 12,5 metr təşkil edir.

Xəbər lenti

Xəbər lenti