...

Ələt-Astara İran sərhəddi avtomobil yolunun layihəsində dəyişiklik ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2005 17:10 (UTC +04:00)

Ələt-Astara- İran sərhəddi avtomobil yolunun layihəsində dəyişiklik ediləcək. Bu barədə Trend ə Azərbaycan Nəqliyyat Nazirliyinin Yolnəqliyyatservis departamentindən bildirilib. Hazırda İranın Passillo şirkəti $2 miln məbləğində İran qrantının vəsaiti hesabına layihənin texniki-iqtisadi əsasları (TİƏ) hazırlanır.

Çox güman ki, yolun uzunluğu dolay yolun hesabına 50-70 km qızalacaq. İlkin layihəyə görə, avtomobil yolunun uzunluğu 243 kilometr təşkil edirdi.

Ələt-Astara avtomobil yolunun tikintisi və rekonstruksiyası üzrə layihə üçün $ 400 milyon vəsait tələb olunurdu. Bu həcmdən $300 miln dolları Dünya Bankı ayıracaq. Digər qalan $100 milyonu Azərbaycan ($60 miln) və İran ($40 miln) təmin edəcək.

İran artıq $40 miln həcmdə vəsaiti ayırmağa hazır olduğunu bildirib. Hazırda Azərbaycan və İran tərəfi kreditləşmənin şərtləri barədə məsləhətləşmələr aparırlar.

Xəbər lenti

Xəbər lenti