...

DB-nin iqtisadçısı dövlət xərclərinin effektivliyinin artırılması məsələlərinin müzakirəsi ilə bağlı Bakıya səfərə gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2005 17:58 (UTC +04:00)

Dünən Dünya Bankının (DB) Azərbaycan üzrə iqtisadçısı Kristos Kostopulos Bakıya səfərə gəlib. Bankın Bakı nümayəndəliyindən Trend xəbər agentliyinə verilən məlumata görə, səfərin əsas məqsədi "Dövlət xərclərinin icmalı" proqramı üzrə hökumətin müxtəlif strukturlarında texniki məsləhətləşmələr keçirməkdir. Noyabrın 7-nə kimi davam edəcək səfər çərçivəsində DB-nin nümayəndəsi İqtisadi İnkişaf, Maliyyə nazirliklərində və Milli Bankda görüşlər keçirəcək. Keçiriləcək görüşlərdə dövlət xərclərinin effektivliyinin artırılması, dövlət xərclərinin idarə olunma potensialının gücləndirilməsi və bu kimi digər məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti