...

Ankarada "Peşə sağlamlığı və əməyin təhlükəsizliyi" adlı 4-cü beynəlxalq konfrans keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2005 19:35 (UTC +04:00)

Noyabrın 15-17-də Ankarada Türkiyənin Əmək və sosial təhlükəsizlik Nazirliyi tərəfindən Türkiyə Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyi ilə 4-cü beynəlxalq "Peşə sağlamlığı və əməyin təhlükəsizliyi " mövzusunda regional konfrans keçirəcək. Trend in məlumatına görə, bu barədə oktyabrın 28-də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının press-relizində bildirilib.

Beynəlxalq təşkilatların, Avropa, Balkan, Qafqaz və Orta Asiya ölkələrinin hökumət, işçi və ya işəgötürənlər təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçiriləcək konfransda sosial dialoq, əmək sağlamlığı və təhlükəsizliyin tədrisi, peşə xəstəliklərinin müəyyən edilməsi sistemlərinin inkişafı və digər məsələlər müzakirə olunacaq.

Tədbirdə Azərbaycan tərəfdən Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti