...

Azərbaycan Sahibkarlarının Milli Konferasiyasının rəhbəri regional seminarda iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2005 19:47 (UTC +04:00)

Azərbaycan Sahibkarlarının Milli Kofnederasiyasının(ASMK) rəhbəri Ələkbər Məmmədov Beynəlxalq Əmək Təşkilatının İşəgötürənlər Bürosunun təşkil etdiyi regional seminarda iştirak edəcək. Trend in məlumatına görə, bu barədə oktyabrın 28-də ASMK-nın yaydığı press-relizdə bildirilir.

Təşkilatdan bildirilib ki, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində işəgötürənlər təşkilatları üçün hüquqi şəraitin təkmilləşdirilməsi istiqamətində fəaliyyət planının və strategiyanın hazırlanması mövzusunda seminar noyabrın 22-23-də Kiyevdə keçiriləcək.

Tədbirdə Ə.Məmmədov Azərbaycanda işəgötürənlər təşkilatının hazırki vəziyyəti, hökumət tərəfindən yaradılan hüquqi şərait, təşkilatın ölkədə iqtisadiyyatın inkişafı istiqamətində görüdüyü işlər, onun hüquqi vəziyyəti, üzləşdiyi problemlər və onların aradan qaldırılması sahəsində həyata keçirdiyi tədbirlər barədə məruzə ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti