...

MDB ölkələri Aqro-sənaye Kompleksinin yaradılması üzrə məsələlər müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2005 13:23 (UTC +04:00)

MDB ölkələri Aqro-sənaye Kompleksi üzrə MDB ölkələrinin hökumətlərarası şurasının növbəti XIIII iclasında Aqro-sənaye Kompleksinin yaradılması üzrə məsələlər müzakirə edilib. Kənd təsərrüfatı nazirliyində Trend ə bildirilib ki, oktyabrın 26-28-də Krımda keçirilən iclasda Azərbaycan tərəfdən k/t naziri İsmət Abbasov iştirak edib.

İ.Abbasov Azərbaycanda aqro-sənaye məhsulları istehsalının inkişafının istiqamətlərinə dair məruzə ilə çıxış edib.Tədbir çərçivəsindən AR k/t naziri MDB ölkələrindən olan həmkarları ilə görüşlər keçirib və k/t sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

İkigünlük iclasda MDB ölkələri k/t nazirləri və Birliyin İcraiyyə Komitəsinin üzvləri MDB-də Aqro-sənaye Kompleksinin vəziyyətinə dair məsələlər, 2010-cu ilədək taxıl bazarının yaradılması və fəaliyyəti, 2010-cu ilədək olan dövrdə k/t texnikası lizinqinin MDB ölkələrində inkişafı və digər məsələlər müzakirə edilib.

"Hökumətlərarası Şuranın növbəti iclası 2006-cı ilin oktyabrında Moskvada keçiriləcək" -deyə nazirlikdə bildirilib.

Xəbər lenti

Xəbər lenti