...

Bakı-Samur avtomobil magistralının uzunluğu 187-km-ə qədər azaldılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2005 12:09 (UTC +04:00)

Bakı-Samur avtomobil magistralının (Rusiya ilə sərhəd) dizaynında ediləcək dəyişikliklər nəticəsində onun uzunluğu 10 km azalaraq 187 km olacaq. Bu bapədə Trend ə Nəqliyyat Nazirliyinin Yolnəqliyyatservis Departamentindən məlumat verilib.

Hazırda departament Sumqayıtdan Zarat qəsəbəsinə kimi yolun bir hissəsinin (60 km) modernləşdirilməsi və yenidən qurulması üzrə AYİB tərəfindən maliyyələşən layihə ($100 mln) çərçivəsində məsləhətçi seçimi aparır. Layihə üzrə podratçını yaxın zamanlarda elan olunacağı gözlənilir.

AYİB 3 il güzəştli dövr və LIBOR+1% dərəcəsi ilə 15 il müddətinə kredit ayıracaq. O, yolun 28-km-dən 89-km-nə qədər olan sahəni maliyyələşdirəcək. Qalan hissə Çexityanın Eximbank tərəfindən maliyyələşdiriləcək. Bank bu məqsədlə 4 il güzəştli dövr və LIBOR+0,6% dərəcəsi ilə 14 il müddətinə kredit ayıracaq. Layihənin ümumi dəəri $280 milyondur.

Xəbər lenti

Xəbər lenti