...

Azərbaycan hökuməti Ələt-Astara avtomobil yolunun tikintisi və yenidən qurulması layihəsinin dəyərini müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2005 12:43 (UTC +04:00)

Ələt-Astara avtomobil yolunun tikintisi və yenidən qurulması layihəsinin ümumi dəyəri $350 mln təşkil edəcək. Bu barədə Trend ə Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, artıq layihənin maliyyə mənbələri müəyyən edilib. "Layihə Dünya Bankı və Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdiriləcək. Vəsaitin təxminən 3/2 hissəsi DB, qalan hissə isə AİB tərəfindən ayrılacaq. Lakin bu marşrut üzrə məskunlaşmış əhalinin köçürülməsi və buna görə onlara kompensasiyanın ödənilməsi nəticəsində layihənin qiyməti bir qədər artacaq. Həmçinin, yolun 4 zolaqlı olacağı nəzərdə tutulub", - deyə o qeyd edib.

M.Pənahov onu da bildirib ki, yeni dizayna əsasən, yolun uzunluğu 46 km azaldılaraq 197 km olub. "Biz gələn ilin ortalarında tikinti işlərinə başlamaq üçün kredit sazişlərini və texniki sənədləri hazırlamağı planlaşdırırıq", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti