...

Azərbaycanda distant təhsilin inkişafı layihəsinə 1 mln avro vəsait ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2005 16:13 (UTC +04:00)

Azərbaycanda distant təhsil sisteminin inkişafı layihəsi həyata keçirilir. Tacis Əlaqələndirmə Bürosunun icraçı direktoru Əsgər Ələkbərovun Trend ə eksklüziv olaraq bildirdiyi kimi, layihə Avropa Birliyinin maliyyə dəstəyi ilə reallaşır.

"Bu layihə regional xarakter daşıyır və Cənubi Qafqazın 3 ölkəsini əhatə edir. Onun büdcəsində 3 mln avro vəsait vardır ki, bu da ölkələr arasında bərabər qaydada bölünəcək", - deyə o qeyd edib.

AzRENA şirkəti "Elektron Qafqaz" layihəsi üzrə tərəfdaşdır. Bu layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə razılaşdırılıb və bura distant təhsil proqramlarının işlənib-hazırlanması daxildir. Layihə 2 il müddətinə həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti