...

Azərbaycan çayçıları Şri-Lanka təcrübəsini öyrənəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2005 11:49 (UTC +04:00)

Gələn ilin birinci yarısında yerli çay istehsalçılarından ibarət nümayəndə heyəti Şri-Lankanın paytaxtı Kolomboya işgüzar səfərə gedəcək. Səfər Almaniya Texniki Əməkdaşlıq Agentliyinin (GTZ) ölkədə həyata keçirdiyi "Çay sektorunun inkişafı" layihəsi çərçivəsində baş tutacaq. GTZ-nin Bakı nümayəndəliyindən Trend xəbər agentliyinə verilən məlumata görə, təqribən 7-10 gün davam edəcək səfərdə 10 nəfərlik nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə hökumət qurumunun nümayəndəsi, çayçı fermerlər, çay fabrikinin sahibləri daxil olacaqlar. Səfər müddətində çay istehsalçıları Şri-Lankada çay istehsalı və yığımı prosesi ilə tanış olacaq, həmçinin 2-3 çay emalı fabrikinə baş çəkəcəklər. Səfərin dəqiq tarixi isə gələn ilin yanvarında müəyyənləşdiriləcək.

Qeyd edək ki, əvvəlcə səfərin bu ilin noyabrında gerçəkləşməsi nəzərdə tutulurdu. Lakin hazırda ölkədə çay yığımı prosesi olduğu üçün səfərin gələn il həyata keçirilməsinə qərar verilib.

Xəbər lenti

Xəbər lenti