...

BIHE 2005 beynəlxalq konfransında 190-na yaxın mütəxəssis iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2005 14:56 (UTC +04:00)

Azərbaycanda 11-ci "Səhiyyə" -BIHE 2005 beynəlxalq sərgi çərçivəsində keçiriləcək konfransda Türkiyə, Gürcüstan, Ukrayna və digər xarici ölkələrdən 190 nəfərə yaxın mütəxəssis iştirak edəcək. Trend in məlumatına görə, bu barədə Iteca Caspian Ltd şirkətinin sərgi üzrə meneceri Samirə Teymurova məlumat verib.

Onun sözlərinə görə, noyabrın 3-də başlaynacaq 4-cü elmi-praktik konfransının mövzusu "Dermatovenerologiya" olacaq. Sərginin iştirakçıları dermotovenerologiya, kosmetologiya, ginekologiya, allerqologiya və digər qarışıq elmlər sahəsində mütəxəssislərdir.

"Tədbirdə Azərbaycan tərəfindən Azərbaycan Dövlət Tibb Universitetinin, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, , Azərbaycan Gözəllik İnstitutunun, ölkədəki özəl və dövlət müalicəxanaların, dəri-zöhrəvi dispanserlərin, statsionarların və digərlərinin aparıcı mütəcxəssislərinin iştirakı gözlənilir"-deyə menecer bildirib.

Bununla yanaşı, seminarların keçiriləcəyi, implantologiya, ortopedik stomatologiya üzrə ustad dərslərinin keçiriləcəyi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti