...

HP bir sıra ölkələrin Ali Maliyyə Nəzarət orqanları ilə saziş imzalamağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2005 16:48 (UTC +04:00)

Azərbaycan Hesablama Palatası (HP) bir necə ölkənin Ali Maliyyə Nəzarəti qurumları ilə ikitərəfli əməkdaşlıq haqqında saziş imzalamağı planlaşdırır. Bu barədə palatadan Trend xəbər agentliyinə məlumat verilib. Verilən məlumata görə, bununla bağlı Yaponiya, İsrail, Qazaxıstan, Ukrayna, habelə Avropa və Asiyanın bir sıra digər ölkələrinin müvafiq təşkilatları ilə əməkdaşlıq imkanları nəzərdən keçirilir. Sazişlərin imzalanmasında əsas məqsəd isə paralel nəzarət tədbirlərinin həyata keçirilməsi, informasiya və təçrübə mübadiləsi, kadrların ixtisasının artırılması və s. üzrə əmədaşlıq etməkdir.

Xatırladaq ki, Azərbaycan HP ilk dəfə ikitərəfli əməkdaşlıq sazişini 2002-ci ilin oktyabrında Rusiya Hesablama Palatası ilə imzalamışdır. Bundan başqa Gürcüstanın Nəzarət Palatası, Böyük Britaniya-Şimali İrlandiya Birləşmiş Krallığının Milli Audit Ofisi, İran Ali Audit Məhkəməsi, Türkiyə Sayıştay Başkanlığı, Estoniyanın Dövlət Nəzarəti Palatası və Pakistan Baş Auditor Ofisi ilə də əməkdaşlığa dair ikitərəfli sazişlər imzalanmışdır.

Xəbər lenti

Xəbər lenti