...

Oktyabr ayının yekunlarına görə AZM-in rəsmi və birja məzənnəsinin aşağı düşməsi müşahidə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2005 17:00 (UTC +04:00)

2005-ci ilin oktyabr ayında Azərbaycan milli valyutasının rəsmi məzənnəsi aşağı düşməkdə davam edib. Trend in xəbər verdiyi kimi, əgər sentyabr ayının yekunları üzrə onun bir qədər möhkəmlənməsi müşahidə olunurdusa, ayın ortalarında məzənnə aşağı düşməyə başlayıb. Bir ay ərzində milli valyutanın məzənnəsi 4 manat aşağı düşüb ki, bu da dolların mövqeyinin 0,87% möhkəmlənməsinə imkan verib.

2005-ci ilin yanvar-sentyabr ayları ərzində milli valyuta 306 manat və ya 6,24% möhkəmlənib. Nəticədə hesabat dövrünə $1=4597 manat göstəricisi ilə yekun vurulub.

Cari ilin 9 ayı ərzində dolların minimum məzənnəsi $1=4577 manat, maksimum məzənnəsi isə $1=4904 manat olub. Beləliklə, hər iki məzənnə arasında fərq 327 manat və ya 6,668% təşkil edib.

Bakı Banklararası Valyuta Birjasından (BBVB) Trend ə verilən məlumata görə, hesabat dövründə milli valyutanın məzənnəsi 0,15% və ya 7.09 manat aşağı düşüb, yəni məzənnə 1 ABŞ dollarına nisbətən 4589,91 manatdan 4597.00 manata qədər azalıb. Nəticədə AZM-in 1 USD-yə nisbətən orta məzənnəsi oktyabrda 4593.84 manat, sentyabrda isə 4588,01 manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti