...

KFW Bakıda "Açıq kommunal infrastruktur" layihəsi üzrə iradları müzakirə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2005 13:05 (UTC +04:00)

Almaniyanın KfW bankının eksperti, su təchizatı və səhiyyə sektorunun rəhbəri doktor Kurt fon Rabenao noyabrın 7-də Bakıya gələcək. Bankın Bakı nümayəndəliyinini rəhbəri Natiq Abdullayevin Trend ə ekskluziv məlumatında bildirilir ki, səfərdə məqsəd Gəncə və Şəki şəhərlərinin su təchizatı sisteminin yaxşılaşdırılmasını nəzərdə tutan "Açıq kommunal infrastruktur" layihəsi üzrə irad və şərhləri müzakirə etməkdir.

"Gəncə və Şəki ilə əlaqədar olan bu layihə ilə yanaşı İmişli üzrə analoji layihənin yekun monitorinqi də keçiriləcək. İmişli layihəsinin reallaşdırılması artıq başa çatıb və bu fakt üzrə monitorinq onun müəyyən edilməsi məqsədilə keçiriləcək və bundan sonra KfW bütün müvafiq öhdəlikləri AzerSu -ya verərək onun reallaşmasında iştirak etməyəcək. Layihənin təkrar monitorinqi onun reallaşdırılmasının nə dərəcədə uğurla həyata keçirilməsini müəyyən etmək üçün 5 ildən sonra keçirilə bilər ", - deyə N.Abdullayev bildirib.

Səfər noyabrın 11-də başa çatacaq.

Layihənin reallaşdırılması 2005-ci il fevralın 25-də imzalanan "Azərbaycan Respublikası və Almanyia Federativ Respublikasının hökumətləri arasında 2003-2004-cü illərdə maliyyə əməkdaşlığı barədə razılaşma" əsasında nəzərdə tutulub.

Layihənin birinci mərhələsinin dəyəri 54 miln avrodur. Bunun 37 milyonunu KfW, 10 milyonunu İsveçrənin iqtisadi əlaqələr Dövlət Katibliyi (SECO), 7 milyonunu isə Azərbaycan hökuməti təqdim edir. 2030-cu ilə kimi Gəncə və Şəkinin su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulmasının ümumi dəyəri 80-100 miln avro dəyərində qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti