...

Azərbaycanın Vergilər Nazirliyi Dövlət Qısamüddətli İstiqrazlarının təkrar yerləşdirilməsi üzrə hərrac keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2005 13:26 (UTC +04:00)

Azərbaycanın Maliyyə Nazirliyi Dövlət Qısamüddətli İstiqrazlarının təkrar yerləşdirilməsi üzrə hərrac keçirib. Bakı Fond Birjasından Trend ə verilən məlumata görə, təkrar yerləşdirməyə 10601508S dövlət qeydiyyat nişanlı DQİ-ı göndərilib.

Hərracın iki iştirakçısı tərəfindən verilən ərizələrin həcmi 12 301 000 000 manat (demominasiya olunmuş manatla 2 460 200) təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən təyin edilən kəsmə qiymət 97,01% (gəlirlilik - 12.49%) və təmin olunan ərizələrin həcmi nominal üzrə 12 301 000 000 manat (2 460 200 denominasiya olunmuş manatla) olub. Hərracın yekunları üzrə orta artırılmış qiymət 97,01% (gəlirlilik- 12.49%) təşkil edib. DQİ-nın ödənmə müddəti 2006-cı il yanvarın 30-na kimidir.

Xəbər lenti

Xəbər lenti