...

Azərbaycanda yeni denominasiya edilmiş manatın abbreviaturası dəyişdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2005 15:13 (UTC +04:00)

Azərbaycanda yeni denominasiya edilmiş manatın abbreviatuası dəyişdirilib. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycan Milli Bankı idarə heyətinin üzvü Rüfət Aslanlı bildirib. Onun sözlərinə görə, AYM abbreviaturası AZN-lə əvəz olunub.

Buna əsas səbəb Azərbaycan manatının denominasiyası üzrə planlar və "1 denominasiya edilmiş manat =5000 "Köhnə" Azərbaycan manatı" qiymətlər miqyasının dəyişməsidir. Yeni əskinaslar 2006-cı il fevralın 1-dən dövriyyəyə buraxılacaq və 2007-ci il yanvarın 1-dən köhnə əskinasları əvəz edəcək.

Xəbər lenti

Xəbər lenti