...

Azərbaycanda fəaliyyət göstərən birliklər ölkə prezidentinə müraciət imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2005 16:36 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən birliklər ölkə prezidentinə müraciət imzalayıb

Trend in xəbər verdiyi kimi, noyabrın 2-də Azərbaycanda fəaliyyət göstərən birliklər, sahibkarlar təşkilatları və QHT ölkə prezidenti İlham Əliyevə müraciət imzalayıb. Sənəd 15 ictimai təşkilat, xüsusilə Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), TUSLAB, AmCham, DAWF, Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatası, Azərbbaycan Sahibkarları Milli Konfederasiyası, Azərbaycanın Ticarət-Sənaye Palatası və digər birliklər tərəfindən imzalanıb.

Sənəddə bildirilir ki, ictimai təşkilatlar prezidentin dövlətin maraqlarının təmin olunması və iqtisadiyyatın gücləndirilməsi istiqamətində atdığı addımları dəstəkləyir və qiymətləndirir. Müraciətdə, həmçinin, sahibkarların prezidentlə görüşmək arzusu da öz əksini tapıb.

ATİB-in sədri Əhməd Erentok bildirib ki, bu istiqamətdə Əlaqələndirmə Şurası yaradılıb. "Şuranın birinci iclası əlifba sırasına uyğun olaraq AmCham tərəfindən noyabrın 29-da keçiriləcək", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti