...

Azərbaycanın lizinq şirkətləri Assosiasiyası yeni üzvlərin qəbul edilməsi və lizinq portfelinin genişləndirilməsini bildirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2005 16:49 (UTC +04:00)

Noyabrın 3-də Azərbaycanın lizinq şirkətləri Assosiasiyasının növbəti iclası keçiriləcək. Noyabrın 2-də Assosiasiyanın sədri, "Atalizinq" rəhbəri Ceyhun Məmmədbəyli Trend ə bildirib ki, həmin iclasda Assosiasiyanın növbəti üzvünün qəbul edilməsinə dair məsələ həll ediləcək.

"Hazırda "Texnikalizinq" şirkəti müvafiq ərizə verib və onun üzvlüyü məsələsi noyabrın 3-də keçiriləcək iclasda həll ediləcək" -deyə o qeyd edib. Onun sözlərinə görə, daha iki şirkət Assosiasiya ilə müvafiq müzakirələr aparır, amma bunların adı hələləik açıqlanmır.

"Hazırda Assosiasiya lizinq əməliyyatının həyata keçirilməsi ilə məşğul olan 10 təşkilatı birləşdirir" -deyə C.Məmmədbəyli bildirib.

O, həm də qeyd edib ki, hazırda ölkədə lizinq əməliyyatlarının həyata keçirilməsi ilə məşğul olan 15 təşkilat vardır, amma real olaraq həmin xidmətləri 6-7 şirkət həyata keçirir.

"Gələn il biz bu maliyyə xidmətinə marağın artması ilə bağlı olaraq ölkənin lizinq şirkətləri portfelinin genişləndirilməsini planlaşdırırıq" -deyə C.Məmmədbəyli qeyd edib.

Azərbaycanda Beynəlxalq maliyyə korporasiyası (BMK- Dünya bankı qrupu) tərəfindən gerçəkləşdirilən lizinqin inkişafı Layihəsinin məlumatına əsasən, sentyabrın 30-na olan vəziyyətə görə lizinq şirkətlərinin aktiv portfeli $24 459 374 mln.təşkil edir.Lizinq layihələrinin ümumi sayı 286 ədəd təşkil edir və hazırda Azərbaycanda lizinq xidmətlərini Ata Lizinq, Azərilizinq, AG Lizinq, SLS Azərlizinq, Debut Bank, Günaylizinq, Parex Lizinq və Uni Lizinq təqdim edir. Mugan Lizinq şirkəti, AZ Lizinq, Bank Respublika, Bank of Baku, Cred Agro, Amrah Bank və Agro Lizinq dövlət şirkəti lizinq layihələrinin gerçəkləşdirilməsinə başlamış yeni şirkətlərdir.

Lizinq portfelinin strukturunda daha çox pay tikinti layihələrinə 33,6%, o cümlədən 21,9% - nəqliyyat, 13,8% - maliyyə və sığorta, 6,1 % - qida sənayesi, 5,8% - səhiyyə sahəsindəki layihələr, 5,5%, - istehsal, 2,2% -sosial infrastruktur, 0,1% - kənd təsərrüfatı,11% digər layihələrin payına düşür.

Xəbər lenti

Xəbər lenti