...

Kənd təsərrüfatının baytarlıq xidməti respublikada "quş qripi"nin mövcudluğu barədə məlumatları təkzib edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2005 17:55 (UTC +04:00)

Azərbaycanda "quş qripi"nin mövcudluğu barədə informasiyalar həqiqətə uyğun deyil. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq xidmətinin rəhbəri Emin Şahbazovun Trend ə verdiyi məlumata görə, aparılan laboratoriya tədqiqatları xəstəliyin hər hansı bir əlamətini aşkar etməyib.

Onun sözlərinə görə, noyabrın 8-də Ekologiya və Təbii ehtiyatlar, Səhiyyə Nazirliyi, Milli Elmələr Akademiyası və Azərbaycan baytarlıq xidmətinin nümayəndələri ilə Abşeron yarımadasının, Dəvəçi və ölkənin digər ryaonlarının ərazilərinin monitorinqi ilə bağlı işlər davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti