...

Noyabrın 22-də Almaniya iş adamlarından ibarət növbəti nümayəndə heyəti Bakıya səfərə gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2005 18:21 (UTC +04:00)

Noyabrın 22-də Almaniya iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gələcəkdir. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan Trend xəbər agentliyinə məlumat verilib. Verilən məlumata görə, 17 nəfərdən ibarət olacaq nümayəndə heyəti Almaniya Şərq Komitəsini təmsil edir. İki gün davam edəcək səfər müddətində Almaniya və Azərbaycan iş adamlarının iştirakı ilə biznes forumun keçirilməsi nəzərdə tutulur. Həmçinin səfər çərçivəsində nümayəndə heyəti bir sıra müvafiq hökumət strukturlarında da görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti