...

Azərbaycanın Milli bankı notların hərracını keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2005 12:44 (UTC +04:00)

Azərbaycanın Milli bankı (AMB) qısamüddətli notların (QMN) yerləşdirilməsi üzrə hərrac keçirib. Bakı fond birjasında (BFB) Trend ə bildirilib ki, hərraca AMB-nin 50100611S dövlət qeydiyyat nömrəli qəsamüddətli notları çıxarılacaq.

Emissiya həcmi 60 mlrd. manat (12 mln. denominasiya olunmuş manat), nominal bir not - 1 mln. manat (200 denominasiya olunmuş manat) təşkil edir. Notların tədavül müddəti 28 gündür.

Yerləşdirmə həcmi nominal üzrə 41 789 000 000 manat (8 357 800 denominasiya olunmuş manat) təşkil edir. 55 924 000 000 manat (11 184 800 denominasiya olunmuş manat) həcmində ərizələr 99.04%-dən (gəlirlik - 12.46%) 99,09%-dək (gəlirlik - 11.81%) verilib. Bitmə müddəti AMB-də 99.07% (gəlirlik - 12.07%), orta qiymət 99.08% (gəlirlik - 11.94%) təşkil edib. Notların ödənmə tarixi - 30 noyabr 2005-ci ildir.

Beləliklə, 2005-ci ildə AMB 45 buraxılış vasitəsilə satışa 1235 mlrd. manat (ildə qeydə alınmış 2 trln.manat emissiyanın 61,75%-i) həcmində not çıxarıb, 44 buraxılış vasitəsilə cəmi 683,146 mlrd. manat cəlb edib.

Xəbər lenti

Xəbər lenti