...

2006-cı ildə Rusiya regionlarından olan sahibkarlar Azərbaycana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2005 14:26 (UTC +04:00)

2006-cı ildə Rusiya regionlarından olan sahibkarların Azərbaycana səfərləri gözlənilir. Azərbaycan-Rusiya işgüzarlıq əməkdaşlıq Palatasının rəhbəri İntiqam Hüseynovun Trend ə verdiyi məlumata görə, hazırda Rusiya regionlarının bir sıra nümayəndələri Azərbaycanla işgüzar əlaqələrini qurmaqla bağlı maraqlarını ifadə ediblər.

"Biz Rusiya regionlarının nümaynədələri üçün Azərbaycanın regionlarında mini-iqtisadi forum təşkil etməyi planlaşdırmışıq. Hazırda bu məsələ ilə bağlı diskussiyalar artıq Sverdlovsk vilayəti, Stavropol, Həştərxan, Mordoviya, Kurqan vilayəti, Krasnoyarsk, Novosibirsk, Tomsk, Permdən olan nümayəndələrlə aparılır. Təbii ki, Azərbaycanın bütün 89 regionundan nümayəndələrin gəlməsi qeyri-mümkündür. Lakin əgər biz 10 ən iri regionun nümayəndələrini cəlb edə bilsək bu yaxşı göstəricidir", - deyə İ.Hüseynov bildirib.

O həmçinin bildirib ki, rusiyalı biznesmenlər ənənəvi olaraq aqrobiznesə xüsusi maraq göstərirlər. "Bu gün Rusiyaya məhsulların daşınması uzaq xaricdəkinə nisbətən daha asan olur. Orada bizim meyvə və tərəvəzin dadını bilirlər. Bundan başqa, bu gün artıq xammalın deyil, hazır məhsulların emalı üzrə mini-mərkəzlər yaradılır ki, bu da məhsulların sərhəddə korlanmasının qarışısını alır", - deyə o sonda bildirib.

Xəbər lenti

Xəbər lenti