...

Azərbaycanın Vergilər Nazirliyi 6375 obyektdə qanun pozuntusu aşkara çıxarıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2005 18:14 (UTC +04:00)

Azərbaycan prezidentinin 2005-ci il 31 may tarixli "Azərbaycan Respublikasında antiinhisar tədbirlərinin gücləndirilməsi barədə" fərmanını yerinə yetirilməsi ilə bağlı cari ilin iyun-sentyabr aylarında Vergilər Nazirliyi 6 685 obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi ilə bağlı tədbirlər görüb. Trend in məlumatına görə, bu barədə Vergilər Nazirliyinini xüsusi bəyanatında bildirilir. Bu zaman 6359 vergi ödəyicinin 6375 obyektdə qanunu pozduğu aşkar olub.

Əsas qayda pozuntuları əsasən nəqd hesablaşmaların həyata keçirilməsi zamanı baş verib. Pozuntunun bu növynə görə 1819 vergiödəyicisi 867,8 miln manat məbləğində inzibati qaydada cərimə edilib. Aparılan operativ tədbirlər zamanı bu pozuntu ilə yanaşı digər pozuntular da aşkar edilib. Eyni zamanda, aydın olub ki, 929 vergiödəyicisi ödəmə vəsaiti kimi xarici valyutadan istifadə edib və nəticədə onlara qarşı 80 milyon manat məbləğində inzibati sanksiya tətbiq edilib. İctimai yerlərdə alqı-satqı və valyuta mübadiləsində pozuntulara görə 32 vergiödəyicisi 4,2 miln manat məbləğində cərimə edilib. Lisenziyaların tələb olunduğu bir sıra fəaliyyət növləri üzrə 1621 vergiödəyicisi 33,9 miln manat məbləğində cərimə olunub. Əmək müqaviləsini yerinə yetirmədiyinə görə 1055 vergi ödəyicisi 32,6 miln manat cərimə olunub. İnzibati cərimələrin ümumi məbləği 1 018,5 miln manat təşkil edir.

903 vergiödəyicisi uçota durmadıqlarına görə 187,4 miln manat məbləğində cərimə olunub.

Xəbər lenti

Xəbər lenti