...

MDB Statistika Komitəsi: Azərbaycanda pərakəndə mal dövriyyəsi 12,5% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2005 19:15 (UTC +04:00)

2005-ci ilin yanvar-sentyabr aylarında Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində daimi qiymətdə pərakəndə mal dövriyyəsi 2004-cü illə müqayisədə 13% artıb. Bu barədə MDB-nin Dövlətlərarası Statistika Komitəsi məlumat verib. Rusiyada qida məhsullarının dövriyyəsində artım 11,7% təşkil edir.

Birlik ölkələri arasında pərakəndə mal dövriyyəsinin daha yüksək artımı Ukraynada -21,3%, ən az artım isə Gürcüstanda - 5% təşkil edib. Azərbaycanda pərakəndə mal dövriyyəsi 12,5%, Belorusda 19,8%, Tacikistanda 11,6%, Qırğızıstanda 10,1% təşkil edib. Qazaxıstanda pərakəndə mal dövriyyəsi 11,9%, Ermənistanda 7%, Moldovada 2,8% təşkil edib. Türkmənistan və Özbəkistan üzrə məlumatlar verilmir.

Xəbər lenti

Xəbər lenti