...

Asiya İnkişaf Bankı nəqliyyat layihəsinin maliyyələşdirilməsinin müzakirəsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2005 12:09 (UTC +04:00)

Asiya İnkişaf Bankının mütəxəssislərinin missiyası nəqliyyat layüihəsini müzakirə etmək məqsədilə Bakıdadır. Bu barədə Trend ə Asiya İnkişaf Bankının (AİB) Bakıdakı nümayəndəliyindən bildiriblib.

"Bu səfər çərçivəsində Şərq-Qərb layihəsinin reallaşdırılması məsələsi müzakirə edilir. Danışıqlar Azərbaycanın Nəqliyyat Nazirliyi ilə aparılır. Danışıqlar gedişində $52 milyon məbləğində yol tikinti layihəsinin maliyyələşmə hissəsinin imkanları müzakirə olunur", - deyə AİB-in Bakıdakı nümayəndəlindən məlumat verilib.

Azərbaycanın Nazirlər Kabinetindən bildirilib ki, danışıqlar Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun maliyyələşdirilməsi ilə bağlı aparılır. Bu layihə üzrə bütün əsas məsələlər həll olunub.

Yolun ümumi uzunluğu 520 km, layihənin ümumi dəyəri isə $300 milyondur.

Xəbər lenti

Xəbər lenti