...

Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Dona Dauset-Koyrolo Bakıdadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2005 12:40 (UTC +04:00)

Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Dona Dauset-Koyrolo Bakıdadır. DB-nin Bakı nümayəndəliyindən Trend ə verilən məlumata görə, onun səfəri noyabrın ortalarına qədər davam edəcək.

"Səfər zamanı ölkə hökuməti ilə hər hansı bir danışıqlar aparılmayacaq. Bankın Bakı ofisinin idarə olunması və müxtəlif texniki məsələlər həll olunacaq", - deyə nümayəndəlikdən bildirilib.

Hazırda DB Azərbaycan üzrə yeni strategiya hazırlayır. "Hökumətlə görüş nəzərdə tutulmasa da, lazım gəldikdə bu baş tuta bilər", - deyə bankda vurğulayıblar.

Hazırda bankın Bakı ofisinin daimi rəhbəri yoxdur.

Xəbər lenti

Xəbər lenti