...

Aşqabadda MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyat Şurasının iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2005 12:13 (UTC +04:00)

Noyabrın 22-24-də Aşqabadda MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyat Şurasının iclası keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Dövlət Dəmiryol İdarəsindən məlumat verilib. İclasda dəmir yolu nəqliyyatı, xüsusilə 41-ci iclasda qəbul edilmiş qərarların yerinə yetirilməsi ilə bağlı məsələlər, 9 ay ərzində dəmiryolları şəbəkələrinin istismar işlərinin yekunları, sərnişin və yük qatarları cədvəlinin normativləri, 2006-2007-ci illərdə yük qatarları və konteynerli vaqonların beynəlxalq yollarda tərtibatı planı, yük vaqonlarının siyahıyaalınmasının yekunları, konteynerlərin siyahıyaalınmasının ilkin nəticələri müzakirə olunacaq.

İclas çərçivəsində Latviya, Litva, Estoniya Respublikalarının mülkiyyətində olan konteynerlərdən və vaqonlardan birgə istifadə, yük vaqonlarının sayının artırılması, modernləşdirilməsi, dövlətlərarası qatarlarda sərnişinlərin gediş qaydalarına dəyişikliklərin və əlavələrin edilməsi, "İnfoset-21" məlumat ötürmə şəbəkəsinin qarşılıqlı fəaliyyətinin təmin olunmasına dair fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti