...

Azərbaycan Milli Bankı notlar üzrə hərrac keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2005 12:53 (UTC +04:00)

Azərbaycan Milli Bankı qısamüddətli notların yerləşdirilməsi üzrə hərracın keçirilməsi barədə elan edib. Bakı Fond Birjasından Trend ə verilən məlumata görə, noyabrın 9-da keçiriləcək hərraca AMB-nin 50100711S dövlət qeydiyyat nömrəli qısamüddətli notları çıxarılacaq.

Emissiyanın həcmi 50 mlrd manat (10 mln denominasiya edilmiş manat), bir notun dəyəri - 1 mln manat (200 denominasiya edilmiş manat), notların dövriyyə müddəti 28 gün, ödənilmə tarixi isə 7 dekabrdır.

Beləliklə, 2005-ci ildə AMB satışa 46 buraxılışdan 1285 mlrd manat (2 trln manat məbləğində qeydiyyata alınmış emissiyanın 64,25%-i) məbləğində not çıxarsa da 45 buraxılışdan yalnız 683,146 mlrd manat cəlb edib.

Xəbər lenti

Xəbər lenti