...

Vergilər Nazirliyi Azərbaycan prezidentinin fərmanı çərçivəsində işlər həyata keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2005 14:40 (UTC +04:00)

Azərbaycan manatının denominasiyası barədə ölkə prezidentinin fərmanının bəndlərini reallaşdırmaq məqsədilər Vergilər Nazirliyi 2005-ci il avqustun 25-dən ictimai və xidmət obyektlərində hazırki və denominasiya olunmuş manatla xidmət və malların qiymətlərinin göstərilməsi barədə məlumatlandırma üzrə bir sıra işlər həyata keçirir. Trend in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin noyabrın 8-də yayılan bəyanatında bildirilir.

Bu tədbirlər paytaxtla yanaşı regionları da əhatə edir. Belə ki, noyabrın 1-nə kimi rayonlarda və şəhərlərdə 183 vergiödəyici ilə görüşlər keçirilib. Bu tədbirlərdə 8 300 nəfər iştirak edib. 26 860 obyektə müvafiq xəbərdarlıq məktubları, vətəndaşların toplaşdıqları yerlər 6500 müvafiq elan göndərilib. Təbliğat və informasiya kampaniyasında yerli TV, radio və qəzetlərdən istifadə olunub. Bunnula yanaşı, ərazxi vergi idarələrinin xidmət şöbələrinin əməkdaşları 1 558 obyektdə maarifləndirmə işləri, 3 642 obyektdə isə müvafiq monitorinq həyata keçiriblər.

Maarifləndirmə işləri ilə yanaşı, qiymət nizam qaydalarına riayət etmək məqsədilə vergi nəzarəti üzrə operativ tədbirlər həyata keçirilir. Belə ki, ərazi vergi idarələrinin nəzarəti altında olan rayonlarda və şəhərlərdə 63 obyektdə yoxlamalar həyata keçirilib və onların hər birində hüquq pozuntusu aşkar edilib. Bu faktlarla bağlı müvafiq protokollar tərtib edilib.

Xəbər lenti

Xəbər lenti