...

BVF valyuta rejiminin tənzimlənməsi üzrə II bəndə dair icmal keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2005 16:19 (UTC +04:00)

Beynəlxalq valyuta fondunun (BVF) missiyası noyabrın sonunda Bakıya gələcək. BVF-nin Bakı nümayəndəliyində Trend ə bildirilib ki, missiya səfərinin noyabrın 29-da başlayacağı planlaşdırılır.

"BVF-nin Azərbaycan üzrə missiya rəhbəri Vitali Kramarenko Bakıya gələcək. Səfər valyuta rejiminin tənzimlənməsinə aid olan "Saziş bəndləri"nin II bəndinə dair icmalla bağlı olacaq" -deyə nümayəndəlikdə bildirilib.

Missiyanın səfəri dekabrın 15-də başa çatır. "Hazırda V.Kramarenko ilə keçiriləcək görüşlərin qrafiki işlənib-hazırlanmayıb və bu, onun gəlmə tarixinə yaxın bir vaxtda dəqiqləşdiriləcək" -deyə nümayəndəlikdə qeyd olunub.

Bundan öncə, BVF-nin sərəncamçı direktorunun müavini Aqustin Karstens qeyd edib ki, BVF tərəfdaşlığın hər üç sxemi üzrə Azərbaycanla əməkdaşlığı həyata keçirməyə hazırdır: texniki yardım göstərilməsi, Saziş bəndlərinin II bəndinə müvafiq olaraq icmallar, fond ehtiyatlarının təqdim edilməsi. İkinci istiqamət çərçivəsində əməkdaşlıq fondun bütün ölkələri ilə aparılır, belə ki, illik icmalın yerinə yetirilməsi, ona əsasən məruzə tərtib edilməsi və fondun İcra şurasında buna baxılması demək olar ki, BVF-nin nəzarət funksiyalarının yerinə yetirilməsidir.

Xəbər lenti

Xəbər lenti