...

Qazaxıstanın TuranAləm bankı Azərbaycan banklarına $1 mln dəyərində kredit xətti ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2005 16:39 (UTC +04:00)

Qazaxıstanın TuranAləm bankı Azərbaycan banklarına $1 mln dəyərində kredit xətti ayırıb. Bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aidə Sultanovanın Trend ə eksklüziv olaraq bildirdiyinə görə, bütün kredit xətləri ticarətin maliyyələşdirilməsinə yönəldilib.

"Kredit xətlərinin həcminin həm ayrılmış vəsaitin artması, həm də yeni Azərbaycan bankları ilə tərəfdaşlıq hesabına artacağı istisna edilmir. Bu prosesin nə dərəcədə tez baş verməsi banklardan və vəsaitlərdən istifadənin dinamikasından asılıdır", - deyə o qeyd edib.

Hazırda Azərdəmiryolbanka $300-$500 min məbləğində kredit xəttinin ayrılması məsələsi həll olunur. Belə xətlər artıq Texnikabanka, UniBanka, bank Respublikaya və digər banklara verilib.

Xəbər lenti

Xəbər lenti