...

Lizinq şirkətləri "qara siyahı" yaratmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2005 16:41 (UTC +04:00)

Azərbaycanın lizinq şirkətləri Assosiasiyası (ALŞA) lizinq reestri yaradılmasının məqsədəuyğunluğunu nəzərdən keçirir. Assosiasiyanın rəhbəri Ceyhun Məmmədbəyli eksklüziv olaraq Trend ə bildirib ki, həmin reestr Azərbaycan Milli bankı (AMB) tərəfindən yaradılmış bankların kredit reestri ilə analoji olaraq fəaliyyət göstərə bilər.

"Mükəmməl reestrin yaradılması prosedurası kifayət qdər mürəkkəbdir və maliyyə qoyuluşu tələb edir.Bununla bağlı olaraq lizinq şirkətlərinin ilk vaxtlarda insafsız müştəriləri barədə bir-birlərini məlumatlandıra bilməsi üçün "qara siyahı"nın yaradılması barədə qərar qəbul edilib. Mükəmməl reestrin yaradılması perspektivi istisna edilmir, bununla onun ilk vaxtlarda bank kredit reestrində işləyə bilməsi variantı mümkündür, amma bu, o qədər də məqsədəuyğun deyil, belə ki, ölkənin banklarını AMB lisenziyalaşdırır, lizinq şirkətlərini isə yox" -deyə C.Məmmədbəyli qeyd edib.

ALŞA da şirkətlər tərəfindən rüblük əsasında hesabat təqdim edilməsinə dair qərar qəbul edib ki, bu da ölkə şirkətlərinin lizinq portfeli dinamikasının təhlil edilməsinə kömək edəcək.

Xəbər lenti

Xəbər lenti