...

Dünya bankı və ARDNŞ qrant sazişi imzalayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Noyabr 2005 15:19 (UTC +04:00)

Noyabrın 10-da Dünya bankı (DB) və Azərbaycan dövlət neft şirkəti (ARDNŞ) DB tərəfindən $481 min ayrılmasına dair qrant sazişi imzalayacaq. Bu barədə Trend ə Bankın Bakı nümayəndəliyində bildirilib.

"Qrant "Günəşli" yatağında səmt qazından istifadə üzrə layihənin hazırlanmasına yardım göstərilməsi üçün ayrılır. Layihənin hazırlanması üçün məsləhətçi həmin qrantdan istifadə çərçivəsində seçiləcək" -deyə DB-nin Bakı nümayəndəliyində bildirilib.

Sənədin DB-nin Cənubi Qafqaz üzrə direktoru Don Dauset-Koyrolo və ARDNŞ prezidenti Natiq Əliyev tərəfindən imzalanacağı planlaşdırılır.

"Günəşli" yatağında aşağı təzyiqli səmt qazından məqsədyönlü istifadə layihəsinin gerçəkləşdirilməsi ilə onun yığımının sutkada 2 mln. m3-dək artırılmasına imkan yaradılağı nəzərdə tutulur.Bu qaz Azerbaijan Gas Emali SC-yə veriləcək. Hazırda "Günəşli"də sutkada 6,5 mln. m3 qaz hasil edilir. "Günəşli"dən səmt qazı yığılacaq və "Neft Daşları"na və oradan isə 68 km uzunluğunda yeni qaz xətti ilə sahilə göndəriləcək. Yüksək təzyiqli qazın nəqli üçün 28 km uzunluğunda qaz xəttinin və səmt qazının 68 km uzunluğunda qaz kəmərinə tədarükü üçün 23 km uzunluğunda qaz kəmərinin çəkilməsi zərurəti var.

Yaponiyanın Japan Oil Engineering Co şirəkti ARDNŞ-ə səmt qazının məqsədyönlü istifadəsinə dair məsləhətləşmə xidmətləri göstərir. Şirkət qaz itkisinin aradan qaldırılması, elektrik stansiyalarında daha qənatlə və səmərəli istifadəsi üzrə araşdırma aparır.

Xəbər lenti

Xəbər lenti