Azərbaycan Milli Bankı mübadilə məntəqələrinin təşkili və nağd valyuta ilə əməliyyatların aparılması qaydaları üzrə layihə hazırlayıb. Azərbaycan Banklar Assosiasiyasından Trend ə verilən məlumata görə, Qaydalar layihəsi banklar tərəfindən qiymətləndirilmək üçün banklar birliyinə verilib.
Layihə ilə bağlı rəylər noyabrın 9-da məlum olmalı idi, lakin sənəd noyabrın 3-də təqdim olunduğundan o, hələlik yalnız üç bank tərəfindən qiymətləndirilib.
Assosiasiya AMB-dən sənədin qiymətləndirilməsi posesini noyabrın 11-dək uzatmağı xahiş edib. Yaxın vaxtlarda sənəd daha iki bank tərəfindən qiymətləndiriləcək.
AMB, həmçinin, Assosiasiyaya noyabrın 11-də sənədə və bankların tövsiyyələrinə baxmaq planı barədə məlumat verib.