...

2006-cı ildən etibarən Azərbaycanla Misir arasında yeni aviareyslər həyata keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Noyabr 2005 16:48 (UTC +04:00)

2006-cı ildən etibarən Azərbaycanla Misir arasında yeni aviareyslər həyata keçiriləcək. Bu barədə Trend ə Misirin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdə bildirilib ki, bu məsələ artıq çoxdandır ki, AZAL Dövlət Konserninin və Misirin Mülki Aviasiya Nazirliyinin müzakirəsindədir. Azərbaycan tərəfi artıq Misirin hər iki ölkə arasında yeni aviareysin açılması və mövcud reyslərin uzadılması ilə bağlı təklifini qəbul edib.

Bu təşəbbüs Misirin Mülki Aviasiya Nazirliyi tərəfindən irəli sürülub.

Misir tərəfi AZAL DK-ya mövcud Bakı-Şarm-əl-Şeyx aviareysinin Qahirəyə qədər uzadılması və Misirin digər iri şəhərlərinə yeni reyslərin açılması təklifini verib.

Səfirlikdə hesab edirlər ki, bu reysin Qahirəyə qədər uzadılması Misir mallarının Azərbaycana digər ölkələr vasitəsilə daxil olması problemini həll edəcək və hər iki ölkənin işgüzar adamları üçün əlverişli şərait yaradacaq. Reysin uzadılması, həmçinin, Azərbaycanla Misir arasında mal dövriyyəsinin həcminin artmasına da təsir edə bilər. 2004-cü ildə mal dövriyyəsinin həcmi 1,2 mln dollar təşkil edib.

Bu məsələ iclası dekabrın sonunda Qahirədə keçiriləcək Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının müzakirəsinə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti