...

Azərbaycanın Vergilər Nazirliyi Dövlət İstiqrazlarının yenidən yerləşdirilməsi üzrə hərrac keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Noyabr 2005 16:53 (UTC +04:00)

Azərbaycanın Vergilər Nazirliyi dövlət qısamüddətli istiqrazlarının (DQİ) yenidən yerləşdirilməsi üzrə hərrac keçirib. Bakı Fond Birjasından Trend ə verilən məlumata görə, hərrac 10201608S dövlət qeydiyyat nömrəsi altında 18,477 mlrd manatlıq, dövriyyə müddəti yanvarın 13-də başa çatan DQİ-nın yenidən yerləşdirilməsinə yönəlib.

Hərracın 3 iştirakçısı tərəfindən verilən ərizələr 6 782 000 000 manat (1 356 400 denominasiya olunmuş manat) təşkil edir. Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən kəsmə qiymət 97,80% (gəlirlilik 12.44%) təşkil edib və nominal üzrə 6 782 000 000 manatlıq (1 356 400 denominasiya olunmuş manat) ərizə təmin olunub.

Xəbər lenti

Xəbər lenti