...

Azərbaycanda təxminən 7 min ton tütün yarpağı yığılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2005 13:48 (UTC +04:00)

2005-ci ilin yanvar-oktyabrında Azərbaycanda tütün yarpağı yığımı 6,9 min ton təşkil edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə , 0,76 min ton çoxdur. Bu barədə Trend ə AR kənd təsərrüfatı nazirliyində bildirilib.

Nazirlikdə qeyd olunub ki, tütün yarpağının yığımı üzrə proqnoz 2005-ci ildə təxminən 8 min ton həcmində müəyyən edilib ki, bu da 2004-cü ilin analoji göstəricisindən 1,3 min ton çoxdur.

Azərbaycanda tütün yarpağı əsasən Zaqatala, Şəki, Qax, Qəbələ və Balakənin daxil olduğu Şəki-Zaqatala iqtisadi rayonları ərazisində istehsal olunur.

2005-ci ildə tütünün əkin sahəsi təxminən 3 min HA təşkil edir və yığım işləri davam etdirilir.

Ötən il tütün yarpağı istehsalının həcmi 6,5 min ton təşkil edirdi.

Xəbər lenti

Xəbər lenti