...

Azərbaycanın valyuta ehtiyatları 24,44% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2005 14:32 (UTC +04:00)

Azərbaycanın valyuta ehtiyatları 2005-ci ilin III rübü ərzində 24,44% artıb. Trend in məlumatına görə, hesabat dövrünün yekunları üzrə ölkənin valyuta ehtiyatları $2 298,81 milyona qədər artıb. Ötən ilin yekunlarına görə analoji göstərici $ 1847,36 miln təşkil edirdi.

Azərbaycan Dövlət Neft Fondunun məlumatına görə, onun aktivləri $1 273 miln təşkil edir. Bu zaman il ərzində bu göstəricinin artımı 31,17% təşkil edib. 2004-cü ilin yekunları üzrə onun aktivləri $970,5 milyona bərabər olub.

Azərbaycanın Milli Bankının məlumatına görə, onun valyuta ehtiyatları $1 025,81 milyona çatıb. Cari ilin 9 ayı ərzində bu göstəricidə artım 16,99% təşkil edib. İlin əvvəlində olan vəziyyətə görə bu göstərici $876,86 milyon təşkil edib.

Xəbər lenti

Xəbər lenti