...

KASPAR-ın gəmiləri təxminən 11,17 mln. ton müxtəlif yük daşıyıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2005 18:39 (UTC +04:00)

Xəzər dəniz gəmiçiliyi (KASPAR) cari ilin yanvar-oktyabr ayları ərzində 11,17 mln. ton müxtəlif yük nəql edib ki, bu da ötən ilin göstəricisinə müvafiqdir. Gəmiçilikdə Trend ə bildirilib ki, KASPAR-ın gəmiləri 8,13 mln. ton neft və neft məhsulları daşıyıb ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 2,9% çoxdur. Neft daşımalarının ümumi həcmindən 2,7 mln. ton Qazaxıstandan (2004-cü ilin yanvar-oktyabrında 2,46 min ton) və 2,42 mln. ton isə Türkmənistandan (2004-cü ilin yanvar-oktyabrında 2,42 mln.) daşınan neft və neft məhsulları təşkil edir.

Yanvar-oktyabrda gəmiçiliyin tankerləri ilə Xəzərin digər limanlarına, xüsusilə İranın Nika və Nouşəhr limanlarına 2004-cü ilin 10 ayı ərzində daşınan 2,09 mln. tona qarşı 1,99 mln ton, Rusiya istiqamətində isə (Mahaçkala) 2004-cü ilin yanvar-oktyabrında daşınan 0,36 mln. tona qarşı 0,14 mln. ton neft və neft məhsulları daşınıb.

Xəbər lenti

Xəbər lenti